

Çində dənizçilər 7 həftə karantinə alınacaq
Çində virusla mübarizə çərçivəsində həyata keçirilən “sıfır kovid”siyasətinə uyğun olaraq yerli dənizçilər ölkəyə qayıtdıqdan sonra 7 həftə karantində saxlanılacaq.
“Seanews.az” xəbər verir ki, ölkədə xarici gəmilərə heyət dəyişikliyinə də qadağa qoyulub. Xarici ölkədə heyət dəyişikliyi aparan gəmilər Çin limanlarına girə bilmək üçün iki həftə gözlədilir.
Beynəlxalq Dənizçilik Ticarət Odası rəhbəri Guy Platten bildirib ki, bu məhdudiyyətlər özü ilə bərabər tədarük zəncirində problemlərə yol açacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır