Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Peyvənd olunmuş dənizçilərin sayı 40 faizdən çoxdur

Gəmi menecerlərinin təqdim etdiyi məlumatlara görə, 2021-ci ilin avqust ayında dənizçilərin yalnız 15,3%-i peyvənd olunmuşdu.

“Seanews.az xəbər verir ki, lakin sonrakı aylarda peyvənd kampaniyası əhəmiyyətli dərəcədə genişləndi: sentyabrda peyvənd olunmuş dənizçilərin sayı 22%-ə, oktyabrda 31,1%-ə, noyabrın ortalarına qədər isə 41%-ə yüksəldi.

 “V.Group for Crewing and Offshore” şirkətinin icraçı direktoru Allan Falkenberq deyib:“Çarter edənlərin daha yüksək nəticələr gözləməsi narahatedicidir. Peyvəndlərin ləng tətbiq edilməsi bəzi dənizçilərin istəksizliyi və dərman təchizatı problemləri ilə bağlıdır”.

Öz növbəsində Şimali Amerika Dəniz Missioner Təşkilatları Assosiasiyasının icraçı direktoru Ceyson Zeydema iddia edir ki, hətta dənizçilər münasib qiymətə peyvəndlərin mümkünlüyünə sevinirlər.

Nümunə olaraq o, bu ilin əvvəlində Miçiqan ştatında gəmilərdən birinin heyəti peyvənd edildiyi zaman ABŞ-da dənizçilərin peyvənd edilməsinə  başlanılan marağı göstərib. Sonra bu dalğa dənizçilərin peyvənd edilməsini tələb edən kruiz sektorunu əhatə etdi. O vaxtdan bəri ən azı 60.000 əcnəbi ABŞ limanlarında peyvənd olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır