Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Ədən körfəzində tankerə silahlı basqın olub

İranın neft daşıyan tankerinə Ədən körfəzində dəniz quldurları tərəfindən silahlı hücum olub.

AZƏRTAC “Fars news” xəbər agentliyinə istinadla xəbər verir ki, tankeri müşayiət edən İranın Hərbi Dəniz Qüvvələrinin əsgərləri dəniz quldurlarının katerlərini atəşə tutublar. Tankerin güclü mühafizə edildiyini görən dəniz quldurları hadisə yerindən uzaqlaşıblar. Tankerə və dənizçilərə zərər dəyməyib.

Qeyd edək ki, Ədən körfəzinə cəmləşən dəniz quldurları buradan keçən gəmilərə tez-tez silahlı basqınlar edirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır