Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Yunanıstanda sərnişin gəmisində yanğın olub

Yunanıstanın Patras limanında “Superfast 11” sərnişin gəmisində yanğın olub.

“Seanews.az” xəbər verir ki, maşın şöbəsindən başlayan yanğın qısa müddətdə genişlənib. Dərhal əraziyə yanğınsöndürənlər cəlb olunub və onların səyi nəticəsində yanğın söndürülüb.

Hadisənin səbəbləri hələlik bilinmir. Bununla bağlı araşdırmalara başlanılıb. 

Qeyd edək ki, 199.9 metr uzunluğa, 25 metr enə malik gəmi 2002-ci ildə inşa edilib və Patras-İtaliya xəttində istismar olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır