

Dəniz quldurları Qvineya körfəzində gəmiyə hücum ediblər
Qvineya körfəzində Panama bayraqlı "MSC LUCIA" konteyner gəmisinə dəniz quldurları hücum edib.
"Seanews.az" xəbər verir ki, Ağbami neft terminalından 86 dəniz mili cənub-qərbdə baş verib.
Rusiya Şimal Donanmasının dənizçiləri dərhal hücumun qeydə alındığı əraziyə gediblər. Onlar konteyner gəmisini dəniz quldurlarından xilas ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır