Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Türkmənistanda Aral dənizi ilə bağlı yeni proqrama start verilir

Türkmənistan Aral dənizi ilə bağlı yeni milli proqram qəbul edib. AZƏRTAC “ORIENT”ə istinadla xəbər verir ki, həmin proqram Prezident Qurbanqulu Berdiməhəmmədov tərəfindən hökumətin iclasında təsdiq edilib.

Proqram 2025-ci ilə qədər nəzərdə tutulub. Onunla birlikdə qəbul edilmiş fəaliyyət planı növbəti bir neçə il ərzində proqram xarakterli vəzifələrin həlli üçün konkret tədbirləri əhatə edir.

Proqramın əsas məqsədi iqlim dəyişikliyi şəraitində ətraf mühitin qorunması, Aral dənizinin Türkmənistan zonasında sosial-iqtisadi və ekoloji vəziyyətin yaxşılaşdırılması və Aral dənizi böhranının mənfi təsirinin azaldılmasıdır. Sənəd, həmçinin BMT Baş Assambleyasının Birləşmiş Millətlər Təşkilatı ilə Aralı Xilasetmə Beynəlxalq Fondu arasında əməkdaşlığa dair qətnaməsinin müddəalarına əsaslanır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır