Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

“Mitsubishi Corp.” atmosferə karbon qazı tullantılarının sıfra endirilməsinə çalışacaq

Yaponiyanın ən böyük ticarət və investisiya şirkəti “Mitsubishi Corp.” atmosferə karbon qazı tullantılarının köklü şəkildə azaldılması ilə bağlı layihələrə 2 trilyon yen (17.5 milyard dollar) sərmayə qoymaq niyyətindədir.  

“Seanews.az”-ın məlumatına görə,  bu sərmayənin təxminən yarısı hidrogen və ammonyak kimi yenilənə bilən və yeni, təmiz enerji mənbələri ilə əlaqədar layihələrə gedəcək.

“Mitsubishi Corp.” atmosferə karbon qazı tullantılarının tamamilə aradan qaldırılmasına keçid prosesində əhəmiyyətli bir enerji qaynağı olaraq mayeləşdirilmiş təbii qaz (LNG) istehsalına da investisiya qoymaq niyyətindədir.

Korporasiya, 2020-ci ilə nisbətən 2030-cu ilə qədər əlaqəli müəssisələrdən atmosferə karbon qazı tullantılarını yarıya endirməyi vəd edir. 2050-ci ilə qədər isə bütün karbon qazı tullantılarının sıfra endirilməsi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır