Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

“Columbia” tipli sualtı gəmilərə 109 milyard dollar xərclənəcək

Qitələrarası ballistik raketləri olan “Columbia” tipli ən yeni nüvə sualtı gəmisi ABŞ vergi ödəyicilərinə 8,5 milyard dollara başa gələcək.

“Seanews.az” xəbər verir ki, sualtı gəminin tikintisi üçün artıq vəsait ayrılıb. Pentaqon ikinci nüvə sualtı gəmisinin inşasına başlaması üçün də pul ödəyib.

“Columbia” nüvə sualtı gəmisi, çoxsaylı başlıqları olan 16 “ədəd Trident II D5” qitələrarası ballistik raketi daşıyacaq.

Hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin oxşar arsenala malik 14 sualtı gəmisi var. Pentaqon, köhnə sualtı gəmilərin ən azı 42 il xidmət edəcək  “Columbia” tipli sualtı gəmilərlə dəyişdirilməsi proqramına 109 milyard dollar xərcləyəcək.

İlk iki “Columbia” sualtı gəmisi “General Dynamics Electric Boat” və “Newport News Shipbuilding” tərsanələrində inşa edilir.

Plana görə, “Columbia” tipli gəmilər Amerika sualtı donanmasının köhnəlmiş “Ohio” tipli gəmilərini əvəz edəcək. Bu, təxminən 2031-ci ildə baş verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır