Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

İngiltərənin ən böyük yük limanı konteynerlərin öhdəsindən gələ bilmir

İngiltərənin Suffolk əyalətində yerləşən və ən böyük konteyneraşırma müəssisəsi olan Filikstoy limanı, doker-mexanizatorların və yük maşını sürücülərinin çatışmazlığı səbəbindən gəmilərin öhdəsindən gələ bilmir.

“The Guardian” nəşrinin yazdığına görə, limanda bu problemə görə ingilislərə Milad bayramı üçün mal qıtlığı ola biləcəyi ilə bağlı xəbərdarlıq da edilib.

“Hutchison Ports” tərəfindən idarə olunan və İngiltərəyə daxil olan və ölkədən çıxan konteynerlərin 36%-ni aşıran Filikstoy limanında, problemin bir neçə faktordan qaynaqlandığını bildirirlər. Buraya, ilk növbədə pandemiya və onunla əlaqədar limanda doker-mexanizatorların, yük maşını sürücülərinin çatışmazlığı, həmçinin Brexitin təsiri, konteynerdaşıyan gəmilərin gəlişi üçün qeyri-sabit cədvəl və s. daxildir. Bundan başqa, Milad bayramı ilə əlaqədar yük dövriyyəsi dəfələrlə artıb.

Nəticədə, konteynerdaşıyan gəmilər limanda əvvəlki ilə nisbətən iki dəfə çox vaxt keçirirlər: dörd gün əvəzinə doqquz gün. Yükləyicilərin olmaması səbəbindən boşaltma prosesi özü ləng gedir. Yüklər boşaldıqdan sonra, yük maşını sürücülərinin çatışmazlığı səbəbindən, konteynerlərin limandan çıxarılması əvvəlkindən daha yavaş baş verir. Hazırda limanda artıq gəmilərdən boşaldılmış təxminən 7,5 min yüklü konteyner və təchizatçıların limandan geri ala bilmədiyi 50 min boş konteyner var.

Vaxt itirməmək üçün bir çox konteynerdaşıyan gəmilər İngiltərənin və ya Avropanın digər limanlarına yola düşürlər. Orada konteynerlər daha kiçik tutumlu gəmilərə yüklənir və sonra birbaşa təyinat yerinə daşınır.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır