Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Balkerə hücum edənlər gəmini əliboş tərk ediblər

Bir müddət əvvəl Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən göyərtəsində  bir tondan çox narkotik maddə aşkar edilərək heyətlə birlikdə saxlanılan “TRUDY” quru yük gəmisi, bu hadisədən sonra, yeni bir heyətlə birlikdə naməlum silahlı şəxslər tərəfindən ələ keçirilib.

“Seanews.az”-ın məlumatına görə, bu hadisə Avropanın tam mərkəzində -  Fransanın Dunkirk şəhərində baş verib. Taxta dəyənəklərlə silahlanmış bir neçə adam balkeri ələ keçirib və oktyabrın 11-də gəmini yeni heyətlə birlikdə 4-5  saat, təxminən 05:00-dək saxlayıb.

Gəmini və yükü heç bir məqsəd olmadan hərtərəfli araşdırıblar.  

Sonra gəmini tərk ediblər, amma özləri ilə heç nə götürməyiblər.

Hücum zamanı bir neçə dənizçi yaralanıb. Yeni heyət istisna olmaqla, hücum edənlərə heç kim müdaxilə etməyib.

Xatırladaq ki, Fransa polisi  oktyabrın 1-də narkotik alverində şübhələnərək “TRUDY” quru yük gəmisini  saxlamışdı. Gəmi Dunkirkə aparılmışdı və axtarış zamanı gəmidə bir tondan çox kokain tapılmışdı. 20 heyət üzvünün hamısı həbs edilmişdi. Kapitan Rumıniya, heyət üzvləri Ukrayna, Rusiya, Filippin, Efiopiya vətəndaşları idi. Hamısı ehtiyat heyətlə əvəz olunmuşdu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır