Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Kömür terminalında yanğın baş verib

Oktyabrın 10-da günorta saatlarında, Xabarovsk diyarının Vaninski rayonunun “Daltransuqol” müəssisəsindəki kömür tədarükü terminalında yanğın baş verib.

“Seanews.az”-ın məlumatına görə, Rusiya Fövqəladə Hallar Nazirliyi Xabarovsk Ərazisi Baş İdarəsinin yanğınsöndürənləri dərhal hadisə yerinə tələsiblər.

Məlum olub ki, qüllədən körpüyədək  konveyer xəttini alov bürüyüb. Hadisə zamanı xətdə  kömürün olmadığı və yükləmə həyata keçirilmədiyi bildirilir.

Hazırda yanğın lokallaşdırılıb, xəsarət alan olmayıb. Yerli mətbuatın yazdığına görə, hadisə zamanı körpüdə iki yük gəmisi dayanıbmış.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır