Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Baltik dilindən kanalın çəkilməsindən daha çox kim qazanacaq?

Baltik dilindən yeni kanalın çəkilməsindən daha çox kim qazanacaq:kanalı inşa edən polşalılar, yoxsa ruslar?

Məsələn, Polşanın "Gazeta Wyborcz" qəzeti 7 oktyabr sayında iddia edir ki, “Baltik dilindən bir kanal çəkmək "Moskvaya zərbə" vurmayacaq, əksinə, reallaşacağı təqdirdə, Rusiyanın varlanmasına səbəb olacaq.”

Qəzetin yazdığına görə, kanalın inşası rus iş adamlarına yük dövriyyəsini və qazancını artırmağa imkan verəcək.

"Kaczynski və partiyası kanalın tikintisini tam müstəqillik əldə etmənin bir yolu olaraq görür. Guya, Baltik dili üzərindəki kanal Rusiyaya bir zərbə olacaq. Ancaq reallıq çox fərqli görünür. Ruslar kanaldan bir sərvət qazanacaqlar. Kanalın ilk növbədə tikildiyi Elblonq limanının dövriyyəsinin 90%-i Kalininqrad vilayətinin payına düşür”,-deyə nəşr qeyd edir.

Xatırladaq ki, Baltik dili və ya Vislinski üzərindəki bu kanal, Kaliningrad və Qdansk körfəzləri arasında ikinci keçid yaradacaq.

Baltik dilinin Polşa hissəsindən keçən gəmiçilik kanalı 2019-cu ildən bəri tikilir.

Polşa səlahiyyətlilərinə görə isə, yeni kanal Rusiyanın Baltik boğazından istifadə etmədən Kalininqrad körfəzinə və Elblonq limanına daxil olmağa imkan verəcək ki, bu da gəmilərin yolunu 100 km-dən çox qısaldacaq.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır