Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Konqoda gəmi batıb, 51 nəfər ölüb, 69 nəfər itkin düşüb

Konqo Demokratik Respublikasının şimal qərbində yerləşən Konqo çayında gəminin batması nəticəsində yüzdən çox insan ölüb və ya itkin düşüb.

“Report” “Agence France-Presse”ə istinadən xəbər verir ki, bunu ölkənin Monqal əyalətinin nümayəndəsi Nestor Maqbado bildirib.

Onun sözlərinə görə, çaydan 51 nəfərin meyiti çıxarılıb, 69 nəfər itkin düşüb.

Yerli hakimiyyət gəmi qəzasında ölənlərin xatirəsini yad etmək üçün oktyabrın 11-dən 3 günlük matəm elan edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır