Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Atom sualtı gəmisi Cənubi-Çin dənizində naməlum obyektlə toqquşub

ABŞ-ın “USS Connecticut” nüvə zərbə sualtı gəmisi oktyabrın 2-də günortadan sonra Hind-Sakit okean bölgəsindəki beynəlxalq sularda dənizin dərinliyinə enərkən naməlum bir obyektlə toqquşub. Heyət üzvlərindən heç kəs xəsarət almayıb.  

“Seanews.az” xəbər verir ki,  ABŞ-ın Sakit Okean Donanmasının mətbuat xidmətinin cümə axşamı günü yaydığı açıqlamada belə deyilir.

"Nüvə elektrik stansiyası və “USS Connecticut”-un bölmələri zədələnməyib, tam işlək vəziyyətdədir. Hazırda sualtı gəminin digər hissələrinə dəymiş ziyanın dərəcəsi dəqiqləşdirilir", - deyə mətbuat xidməti bildirib.

“USS Connecticut”-un başqa bir sualtı gəmi ilə toqquşmadığı iddia edilir. Amerika sualtı gəmisi özü limana qayıdıb.

ABŞ Hərbi Dəniz Qüvvələri hadisəni araşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır