Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

İspaniya donanması üçün 5 freqat inşa ediləcək

“Navantia” şirkəti gələn ilin mart ayından başlayaraq İspaniya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün 5 ədəd F-110 çoxməqsədli freqatları inşa edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.

Yeni freqatlar İspaniya Hərbi Dəniz Qüvvələrinin 1986-1994-cü illərdə inşa edilən altı F-80 “Santa Maria” sinifli freqatlarını əvəz etmək üçün nəzərdə tutulub.

İspaniya hökuməti ilə “Navantia” arasında freqatların inşası üçün müqavilə 2018-ci ildə imzalanıb. Müqavilənin ümumi dəyəri 4.9 milyard dollardır.

Dövlətə məxsus “Navantia” şirkətində təxminən 5.000 nəfər işləyir. Yeni freqatların inşası birbaşa 1300, dolayı olaraq 5000-dən artıq yeni iş yeri yaradacaq.

“Bonifaz” olaraq da adlanan F110 sinif freqatlar İspaniya Hərbi Dəniz Qüvvələri üçün hazırlanan “Aegis” döyüş sistemi ilə təchiz edilən ağır, sualtı gəmi əleyhinə missiyalarda istifadə oluna bilən çoxməqsədli freqatlardır. Gəmilərin 2023-2027-ci illərdə təhvil verilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır