Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Göyərtəsində əcnəbi turistlər olan gəmilərin limanlara yan almalarına icazə verilməsini xahiş edirlər

"Rosmorport" kruiz gəmilərinin və əcnəbilərlə birlikdə sərnişin bərələrinin Rusiyada qəbuluna icazə verilməsi təklifi ilə çıxış edib.

“Seanevs.az” "Kommersant"a istinadən bildirir ki, nəhəng kruiz şirkətləri və sərnişin limanları səlahiyyətlilərdən Rusiyada dəniz sərhəd keçid məntəqələrini açmağı və göyərtəsində əcnəbi turistlər olan gəmilərin limanlara yan almalarına icazə verməyi xahiş edirlər.

Xüsusilə vurğulanır ki, bu məhdudiyyətlərə görə kruiz terminallarının operatorları və beynəlxalq marşrutlarda işləyən gəmilər hazırda böyük iqtisadi itkilərə məruz qalırlar.

"Rosmorport" Rusiya Nəqliyyat Nazirliyinə tabe olan “Rosmorreçflot”a dəniz limanlarında kruiz gəmiləri və sərnişin bərələrinə xidməti bərpa etmək üçün təkliflər göndərib.

Müraciətdə Böyük Britaniya, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya və Türkiyə də daxil olmaqla 16 ölkənin vətəndaşları üçün hava keçid məntəqələri vasitəsi ilə Rusiyaya giriş qadağasının cari ilin mart ayında aradan götürüldüyü də diqqətə çatdırılıb.

Hələ ki, "Rosmorport" və Nəqliyyat Nazirliyi mövzu ilə bağlı hər hansı açıqlama verməyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır