Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

İranın Qanava limanında beş ticarət gəmisi yanıb

Cümə axşamı səhər İranın Qanava limanında (Buşehr əyalətinin cənubunda) beş ticarət gəmisi yanıb.

"Seanews.az" xəbər verir ki, bu barədə “İRNA” agentliyi şəhərin meri Qulamreza Mehrcuya istinadən məlumat yayıb.

Mer deyib:"Hadisə, saat 05:00-da körpüdə baş verib. Beş ticarət gəmisi yanıb, onlardan dördü yüklü olub, biri isə yüklənməsini gözləyirmiş. Bir çox gəmilər limanın girişində lövbərə dayandığından, yanğının başqa gəmilərə keçməməsi, onların xilas edilməsi üçün alovun ağuşuna aldığı gəmilərin yedəyə alınmasında çox böyük səy və fədakarlıq göstərilib.”

Hadisə zamanı limanın girişində mindən çox gəmi olub. Hadisənin araşdırılmasına başlanılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır