Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Gəmi sahibləri tərəfindən “atılan” dənizçilərin sayı artır

Beynəlxalq Dəniz Təşkilatının (IMO) Hüquq Komitəsinin 108-ci sessiyasında gəmi sahibləri tərəfindən dənizçilərin “unudulması” problemi müzakirəolunub.

"Seanews.az" xəbər verir ki, Komitə, gəmi sahibləri tərəfindən tərk edilən dənizçilərin sayının artdığından narahatlığını bildirib.

Təkcə 2020-ci il yanvarın 1-dən 2021-ci il aprelin 1-dək 111 belə xoşagəlməz hadisə qeydə alınıb. Bunlardan 85-i 2020-ci ildə, 26-sı cari ilin birinci rübündə baş verib. İyulun 26-na olan məlumata görə, gəmi sahibinin heyəti “unutması” ilə  bağlı cəmi 43 hadisə araşdırılıb.

2020-ci il yanvarın 1-dən bəri qeydə alınan18 hadisə heyətin dəyişdirilməsini çətinləşdirən pandemiya ilə əlaqələndirilir.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (ITF) araşdırmasını əks etdirən məlumatda bildirilir ki,  təkcə 1 yanvar - 31 dekabr 2020-ci il tarixləri arasında atılmış 53 gəmidə 851 dənizçi  ziyan çəkib.

Komitə belə hallarda maliyyə dəstəyi göstərilməsi və dənizçilərin problemlərinin həlli üçün beynəlxalq əməkdaşlıq haqqında müvafiq qərarları xatırlatmaqla Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətləri dənizçilərdən imtina edilməsi hadisələri barədə məlumat verməyə çağırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır