Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Yelkənli gəmi kursantların “ixtiyarına” verilib

"Xersonesos" yelkənli təlim gəmisi üzgüçülük təcrübəsi keçmək üçün kursantların növbəti dəstəsini qəbul edib.

Bu dəfə təlim gəmisi Rusiya Su Nəqliyyatı Akademiyasından, Volqa Dövlət Su Nəqliyyatı Universitetindən (Nijni Novqorod), İ.P. Kulibin adına Nijeqorod Çay Məktəbindən, Volqa Dövlət Su Nəqliyyatı Universitetinin Ufa filialından, Kerç Dəniz Texniki Kollecindən, Admiral F.F. Uşakov adına Dövlət Dəniz Universitetindən və Murmansk Dövlət Texniki Universitetindən ümumilikdə 115 kursantın “ixtiyarına” verilib.  Yelkənli gəmi avqustun 3-də Sevastopol dəniz limanından səfərə çıxıb.

Kursantlar təcrübə zamanı müasir yelkənli gəminin quruluşunu öyrənəcək, praktiki bacarıqlar əldə etmək üçün müxtəlif gəmi işlərini yerinə yetirəcək, yanalma əməliyyatlarında yaxından iştirak edəcəklər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır