Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Rotterdam limanına daxil olan bütün xarici gəmilərin dənizçiləri üçün könüllü peyvənd proqramına start verilib

2 avqustdan Rotterdam limanına daxil olan bütün xarici gəmilərin dənizçiləri üçün könüllü peyvənd proqramına start verilib. Yalnız kruiz və gəzinti gəmilərinin heyətləri istisnalıq təşkil edir. Bundan əvvəl, proqram Hollandiya bayrağı altında üzən gəmilərdə çalışan dənizçilərə şamil edilirdi.

"Seanews.az" xəbər verir ki, proqramın reallaşdırılması üçün “Johnson & Johnson” tərəfindən hazırlanan 10.000 doza peyvənd ayrılıb.

Peyvəndin özü pulsuz olacaq, ancaq tibbi xidmətlər və dərmanın saxlanması üçün pul ödənilməlidir. Beləliklə, hər gəmi üçün qeydiyyat haqqı 175 avro və heyətin hər bir üzvü üçün xidmət haqqı  55 avro olacaq.

Xatırladaq ki, Belçika ölkə limanlarına daxil olan əcnəbi dənizçilərin peyvənd edilməsinə keçən həftə başlayıb


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır