Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Banqladeşdə toy mərasiminin keçirildiyi gəmini ildırım vurub

Banqladeşin şimal-qərbində Rajşahi bölgəsində toy məclisinin keçirildiyi gəmiyə ildırım düşməsi nəticəsində ölənlər və yaralananlar var.

"Seanews.az" xəbər verir ki, hadisə Padma çayının sahilində baş verib. Gəmi çayın suyunun artması ilə əlaqədar sahilə yan alıb və bu zaman qəfil çaxan ildırım gəmini vurub. Nəticədə 15 nəfər hadisə yerində ölüb, daha 2 nəfər isə xəstəxanaya aparılarkən həyatını itirib. Ölənlərdən 7-si bir ailənin üzvüdür. 

Hakimiyyət orqanları ölənlərin sayının arta biləcəyini istisna etmir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır