Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Bu kanalda gəmilərin hərəkəti dörd aylıq məhdudlaşdırılacaq

Panama Kanalı Administrasiyası 1 avqust-30 noyabr 2021-ci il tarixlərində Beynəlxalq Dəniz Təşkilatının (IMO) balinaların, delfinlərin və digər böyük dəniz canlılarının qorunmasına dair tövsiyələrinə uyğun olaraq və onların mövsümi köçlərinin başlaması ilə əlaqədar gəmilərin hərəkətini məhdudlaşdırmaq və naviqasiyanı optimallaşdırmaq üçün tədbirlər həyata keçirəcək. 

"Seanews.az" xəbər verir ki, ilk dəfə 2014-cü ildə həyata keçirilən, dəniz üzgüçülüyünün təhlükəsizliyi və kanalı əhatə edən sularda gəmilərə nəzarəti təmin edən bu tədbirlər balinalar və digər dəniz canlılarına zərər toxunması ilə bağlı ciddi hadisələr ehtimalını əhəmiyyətli dərəcədə azaltdı.

Panama körfəzinin bəzi köçəri balinalar üçün mühüm qışlama yeri olduğunu nəzərə alsaq, bu tədbirlərə riayət etmək həm dəniz canlılarının təhlükəsizliyi, həm də gəmiçilik üçün vacibdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır