Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Sərnişinlərin marağı kateri çevirib

Krım sahillərində göyərtəsində  onlarla turist olan gəzinti kateri çevrilib. Qəzaya səbəb isə nə qədər qəribə olsa da, sərnişinlərin marağı olub.

"Seanews.az" xəbər verir ki, hadisə sahil xəttindən təxminən 10 km uzaqlıqda, Fiolent burnu ərazisində baş verib. Dəniz gəzintisi zamanı sərnişinlər meduza görürlər və maraq onlara güc gəlir.

48 yaşlı kapitandan başqa, gəmidəkilərin  hamısı eyni vaxtda ayağa qalxaraq dəniz canlılarını müşahidə etmək istəyir. Ağırlıq mərkəzinin kəskin dəyişməsindən və həddən artıq əyilmədən gəmi  çevrilir.

Yaxınlıqdan keçən iki ekskursiya gəmisi onlara kömək edir. İnsanlar sudan sahilə çıxarılır. Sahil Mühafizəsi gəmisi isə  qəzaya uğramış gəzinti katerini yedəyinə alır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır