Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Motorlu qayıq yaxtaya çırpılıb

Rusiyanın Volqoqrad vilayətinin Suxona çayında “Kazanka -5M2” motorlu qayığı “Marada 2100” sürətli yaxtaya çırpılıb.

“Seanews.az” xəbər verir ki, hadisə zamanı motorlu qayıqda 2, yaxtada 3-ü uşaq olmaqla 6 sərnişin olub.  

Qəza nəticəsində 3 nəfər - “Kazanka -5M2”  qayığındakı 2 sərnişin, sürətli yaxtada isə bir azyaşlı ciddi zədə alaraq xəstəxanaya yerləşdirilib.  

Motorlu qayığın 1972-ci il təvəllüdlü sürücüsü itkin düşüb.

İlkin ehtimala görə, motorlu qayığın sürücüsü  sərxoş olduğundan idarəetmənin öhdəsindən gələ bilməyib və sürətlə yaxtaya çırpılıb.

Hazırda hadisə ilə bağlı tədqiqat aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır