Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

İkinci əl konteyner gəmilərinin satışı iki dəfə artıb

Cari ilin yanvar-iyun aylarında 277  ikinci əl konteyner gəmisi satılıb. 

“Seanews.az” xəbər verir ki, statistikanı MarineLink portalı yayımlayıb.

Məlumata görə, satılan gəmilər əsasən iri və az tutumlu konteyner gəmiləri olub. Orta tutumlu gəmilərə tələbat ötən ilə nisbətən azalıb.

Tutumu 100-3000 TEU olan fider konteyner gəmilərinin satışı üstünlük təşkil edib. Cari ildə 167 ədəd bu tip gəmi satılıb. Bu da ötən ilin göstəricilərindən 165% çoxdur.

Cari ilin əvvəlindən bu günə kimi tutumu 5000-10.000 TEU olan 54,  tutumu 10.000 TEU-dan çox olan 5 üzən vasitə satılıb.

Satılmış fider konteyner gəmilərinin orta qiyməti 17.6 milyon dollar olub. Bu məbləğ gəminin öz qiymətindən 4 dəfə çoxdur.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır