Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Beynəlxalq Dəniz Təşkilatı Arktikada mazutdan istifadəni qadağan edib

Beynəlxalq Dəniz Təşkilatının (IMO) Dəniz Ətraf Mühiti Qoruma Komitəsinin iclasında Arktik sularında mazutun istifadəsi və daşınması qadağası ilə əlaqədar “MARPOL” əlavəsinə dəyişikliklər qəbul edilib.

“Seanews.az” xəbər verir ki, qadağa 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Qadağa sıxlığı 900 kq/kubdan yüksək olan ağır yanacağın istifadəsi və nəqlini əhatə edəcək.

Bununla belə, yenilik axtarış və xilasetmə gəmilərinə, eləcə də neft dağılmalarının qarşısını almaq üçün fəaliyyət göstərən gəmilərə şamil edilməyəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır