Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Mərmərə dənizində hər gün artan selik təbəqəsinin səmadan görüntüsü

Türkiyənin Mərmərə dənizində hər gün artan selik təbəqəsinin səmadan qeydə alınmış görüntüsü yayımlanıb.

Bu barədə “Anadolu” agentliyi xəbər verib.

Səmadan çəkilən görüntülərdə dənizin bəzi hissəsində seyrək, digər hissəsində isə sıx selikli təbəqə əks olunub.

Qeyd olunur ki, Mərmərə dənizində köpük halında özünü büruzə verən bu qatı selik təbəqəsi dənizin üst hissəsinə toplanır. Bu da dəniz canlılarının tələf olması ilə nəticələnir.

Bundan əlavə, selik təbəqəsi ətrafda pis qoxu ilə də müşahidə edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır