Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Tanker istiqamətini təcili olaraq dəyişməyə məcbur olub

Cənubi Koreyaya məxsus “ELİM” adlı tanker kapitanın tibbi təxliyəsinə ehtiyac yarandığından səyahətini yarımçıq qoyaraq Qoa (Hindistan) istiqamətinə yola düşüb.

“Seanews.az” xəbər verir ki, gəminin 50 yaşlı kapitanı ağır letargiya, sol qol iflici və aşağı qan təzyiqindən əziyyət çəkirdi.

Pasient sahil təhlükəsizlik helikopteri ilə Vasko xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildiriblər.

Tibbi təxliyədən sonra üzən vasitə yaxınlıqdakı Mormuqao limanına gələrək lövbərdə durub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır