• Bakı, 2021-05-13,
Seanews
Heyder Eliyev

Türkiyədə gəmi və yaxta ixracında rekord artım qeydə alınıb

Bu ilin aprelində Türkiyədən 109 milyon 912 min dollarlıq gəmi və yaxta ixrac edilib. 

"Seanews.az" xəbər verir ki, bununla bağlı məlumat Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında yer alıb.

Hesabatda  bildirilib  ki, keçən ay Türkiyədən 74 ölkəyə gəmi və yaxta göndərilib. Ən çox ixrac Norveçə həyata keçirilib.  Apreldə bu ölkəyə 45 milyon 612 min dollarlıq ixrac reallaşıb. Siyahını 15 milyon 349 min dollarla Rumıniya, 8 milyon 489 min dollarla Estoniya, 7 milyon 508 min dollarla Marşall Adaları, 7 milyon 204 min dollarla İslandiya idavam etdirib.

Hesabata görə, Türkiyənin ümumi ixracında gəmi və yaxta sənayesinin payı 0,6% təşkil edir.  

Qeyd edək ki, keçən ilin eyni dövründə Türkiyədən 28 milyon 954 min dollarlıq gəmi və yaxta ixrac olunub.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır