• Bakı, 2021-05-13,
Seanews
Heyder Eliyev

Çində qəza nəticəsində tankerdən dənizə 400 ton neft sızıb

Çinin Şandun vilayətinin sahil sularında gəmi qəzası nəticəsində dənizə 400 ton neft sızıb.

AZƏRTAC vilayətin dəniz məsələləri bürosuna istinadla xəbər verir ki, hadisə səhər saatlarında iri liman şəhəri olan Çindaodan 40 dəniz mili məsafədə baş verib. Panamaya məxsus yük gəmisi Liberiya bayrağı altında üzən neft tanker ilə toqquşub.

Dənizə axmış nefti təmizləmək üçün hadisə yerinə 12 gəmi cəlb olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır