Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Daha iki gəmi Süveyş kanalında saya oturub

Aprelin 6-da iki konteyner gəmisi Süveyş kanalında saya oturub.

“Seanews.az” xəbər verir ki, saya oturan gəmilərin dedveyti 107 min tondur.

Aprelin 6-da, yerli vaxtla səhər saat 10:10-da Qırmızı dənizdən Aralıq dənizinə 22 gəmidən ibarət konvoy üzürdü. Sırada 16-cı üzən “Minerva Nike” gəmisi saya oturub. Hadisədən sonra irəlidə üzən 15 gəmi yola davam edib. Arxada gedən 5 gəmi isə dayanmaq məcburiyyətində qalıb.

Saya oturan ikinci gəmi isə İtaliyaya məxsus “Rumford” gəmisidir. Bu gəmi mühərrik nasazlığı ucbatından saya oturub. 

Sözügedən gəmilərə kanal administrasiyası tərəfindən kömək olunub.  Hazırda kanalın trafiki hər iki istiqamətdə bərpa edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır