Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Keyfiyyətsiz yanacaq səbəbindən gəmidə nasazlıq yaranıb

Çinin Syamen limanından ABŞ-ın Los-Anceles ştatına üzən “MSC” şirkətinə məxsus “MSC Ariane” konteyner gəmisi aprelin 2-də qəzaya uğrayıb.

“Seanews.az” xəbər verir ki, gəminin mühərrikində yaranan problemə  keyfiyyətsiz yanacaq səbəb olub.

Şirkətin alyans partnyoru olan “Maersk” şirkəti hadisə yerinə yedək gəmisi vasitəsilə ehtiyat hissələri göndərib və  təmir üçün gəmi Yaponiyanın Vakayama limanına aparılıb. 

“MSC Ariane” konteyner gəmisi 2012-ci ildə inşa edilib. Uzunluğu 366, eni isə 48 metr olan gəminin tutumu 13 min TEU-dur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır