Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Banqladeşdə 50 sərnişinin olduğu gəmi batdı

Banqladeşdə göyərtəsində 50 sərnişinin olduğu kiçik gəmi digər gəmi ilə toqquşduqdan sonra batıb.

“Report” xəbər verir ki, bu barədə hakimiyyət nümayəndələrinə istinadən "Agence France-Presse" (AFP) bildirib.

Məlumata görə, hadisə nəticəsində azı beş insan həlak olub.

Agentliyin məlumatına görə, 11 insanı xilas etmək mümkün olub.

"Biz itkin düşənlərin dəqiq sayını bilmirik", - agentlik yerli məmurdan sitat gətirib. Xilasedicilər sağ qalanları axtarırlar, amma polisdə qeyd ediblər ki, bu proses hava şəraitinə görə çətinləşib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır