Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Avropada tullantıların çeşidlənməsi üzrə ilk üzən stansiya istifadəyə verilib

“River’Tri” adlanan yeni tullantı məntəqəsi Lion şəhərində, Sona çayında istifadəyə verilib.

“Seanews.az” xəbər verir ki, üzən stansiya şəhərin mərkəzində quraşdırılıb.

Fransanın üçüncü ən böyük şəhərində artıq 2 ədəd belə məntəqə mövcuddur. Lakin üçüncü məntəqəni üzən stansiya kimi quraşdırmaq təklifi irəli sürülüb. Hər həftənin şənbə günləri sakinlər məişət tullantılarını bura gətirə bilər.

“River’Tri” üzən tullantı məntəqəsi hər il 300 ton tullantı toplamaq qabiliyyətinə malikdir. Toplanan tullantılar xüsusi konteynerlər vasitəsilə utilizasiya mərkəzlərinə çatdırılır.

Sözügedən layihənin təklifi 2016-cı ildə irəli sürülüb və icrası 1.85 milyon avroya başa gəlib.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır