Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Dənizçilərin peyvənd olunması gündəmin əsas məsələlərindən biridir

Beynəlxalq Müstəqil Tanker Sahibləri Birliyi (İntertanko), Beynəlxalq Quru Yük Gəmi Sahibləri Birliyi (İntercargo), Beynəlxalq Gəmi Menecerləri Birliyi (İntermanager) və Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasından ibarət koalisiya bir milyon dozaya qədər "Covid-19" əleyhinə peyvəndi almaq üçün ÜST-ə müraciət edib. 

"Seanews.az" xəbər verir ki, gəmiçilik sənayesi nümayəndələrinin əsas məqsədi heyət dəyişikliyi böhranından asılı qalmış dənizçiləri peyvənd etməkdir.

Koalisiya peyvəndləri  “Covax” mexanizmi vasitəsilə almağa çalışır.

Gəmiçilik şirkətlərinin nümayəndələri ilin ikinci yarısında doqquz yüz mindən bir milyona qədər peyvənd tətbiq etməyi planlaşdırırlar.

Ekspertlərin fikrincə, bir çox ölkələr peyvənd vurulmamış dənizçilər üçün sərhədini bağlayacaq və bu da heyət dəyişikliyi prosedurunu daha da çətinləşdirəcək. 

Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən start verilib. Peyvəndləmə xüsusi hazırlanmış "Vaksinasiya Strategiyası"na əsasən aparılır.  İki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Hazırda 40 yaşdan yuxarı şəxslər vaksinasiya olunurlar. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “COVID-19 vaksin randevu” adlı elektron xidmət istifadəyə verilib.  Xidmətdən yararlanmaq üçün vətəndaşlar https://randevu.its.gov.az/saytına daxil olub “COVID-19 vaksin randevu” xidmətini seçməlidirlər. Daha sonra açılan pəncərədə onlayn növbə tutmaq üçün vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.

Qeyd edək ki, peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.
Vətəndaş peyvəndləmə vaxtını və ya məntəqəni dəyişmək istədikdə yenidən qeydiyyatdan keçməlidir.

Təyin olunan vaxtda tibb müəssisəsinə yaxınlaşdıqda vətəndaş qeydiyyatçıya şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

Məlumat üçün bildirək ki, son 1 ildə COVID-19 testi pozitiv çıxan vətəndaşlar onlayn növbə sistemi tərəfindən avtomatik müəyyən edilir və onların müraciəti qeydə alınmır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır