Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

«Ever Given» konteyner gəmisini az da olsa yerindən tərpətmək mümkün olub 

Süveyş kanalında dənizdə baş verən qum fırtınasında saya oturan «Evergreen Marine» şirkətinə məxsus olan «Ever Given» konteyner gəmisini az da olsa yerindən tərpətmək mümkün olub. 

Seanews.az  “The Jerusalem Post” nəşrinə istinadən   xəbər verir ki, gəminin tərpənməsi onun ilişib qaldığı ərazidən 20 min tona yaxın qumun daşınıb atılmasından sonra baş verib.

 Xatırladaq ki, «Evergreen Marine» şirkətinə məxsus olan «Ever Given» konteyner gəmisi Panama bayrağı altında üzərək Çindən Rotterdam limanına gedirdi. Hadisəyə səbəb qum fırtınası olub: gücdü külək gəmini döndərib, görüntü pis olduğuna görə isə kapitan buna mane ola bilməyib və gəmi saya oturub.

 Əvvəlcə gəmini 7 yedək gəmisi ilə vəziyyətdən çıxarmaq istəyiblər. Amma çəkisi 220 min ton olan gəmi yerindən tərpənməyib. Onda gəminin ətrafını ekskovatorlarla qazmağa və lili təmizləməyə başlayıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır