Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Nəhəng gəmi Süveyş kanalında iki günlük "tıxac" yaratdı

Dünyann ən böyük konteyner daşıyıcısılarından olan «Ever Given» gəmisinin Süveyş kanalında saya oturması (yəni kanalın dibinə ilişib qalması – FED.az) kanalda əsl tıxac yaradıb və dünyada neftin qiymətinin artmasına səbəb olub.

FED.az xəbər verir ki, kanalı köndələn şəkildə kəsən gəmini yalnız ikinci gün yerindən bir qədər tərpətmək olub. Amma bunun xeyri olmayıb – uzunluğu 400 metr olan gəminin hər iki tərəfində yüzlərlə gəmi tıxacda dayanıb. Məsələ təkcə nəqliyyat sektoruna aid deyil – Süveyş kanalı Yaxın Şərqdən Avropa və ABŞ-a neft ixracının əsas marşrutudur və burada baş verənlər dərhal neftin ixracına və qiymətinə təsirini göstərir.

«Evergreen Marine» şirkətinə məxsus olan «Ever Given» konteyner gəmisi Panama bayrağı altında üzərək Çindən Rotterdam limanına gedirdi. Hadisəyə səbəb qum fırtınası olub: gücdü külək gəmini döndərib, görüntü pis olduğuna görə isə kapitan buna mane ola bilməyib.

Əvvəlcə gəmini 7 yedək gəmisi ilə vəziyyətdən çıxarmaq istəyiblər. Amma çəkisi 220 min ton olan gəmi yerindən tərpənməyib. Onda gəminin ətrafını ekskovatorlarla qazmağa və lili təmizləməyə başlayıblar. Hələlik bunun da bir xeyri olmayıb.

Bu Süveyş kanalında baş verən ikinci belə hadisədir: 2004-cü ildə «Tropic Brilliance» neft tankeri də eyni vəziyyətə düşmüşdü. İndikindən qat-qat yüngül  - cəmi 89 min ton olmasına baxmayaraq onu da yerindən tərpətmək mümkün olmamışdı. Yalnız tankerdən 25 min ton neft çıxarandan sonra gəmini tərpətmək mümkün oldu.

Hazırda gəminin sahibləri iri yedək gəmilərinin icarəsi barədə danışıq aparırlar ki, onu lildən çıxara bilsinlər. Hərçənd artıq kanalın operatoru olan GAC şirkəti elan edib ki, gəmini bir qədər kənara çəkiblər və onun yanından başqa gəmilər keçməyə başlayıb. Hazırda kanalda yüzlərlə gəmi növbə gözləyir. 

Təqribi hesablamalara görə, Süveyş kanalında hərəkətin dayanması Misirə gündə 15 milyon dollar zərər vurur. ABŞ-ın enerji informasiyası idarəsinin məlumatına görə, dünyada dənizlə daşınan neftin 10%-i Süveyş kanalından keçir.

Hələlik kanalda yaranan problem neftin və daşımaların qiymətini artıra bilər. Məsələ bundadır ki, «tıxac»a görə şirkətlər nefti Afrikanın ətrafına dolanmaqla daşımağa başlayıblar və bu da əlavə xərclər deməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır