Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev


Süveyş kanalı yenidən bağlanıb

Misirin Süveyş Kanalı İdarəsi bildirib ki, iki gün əvvəl kanalın bağlanmasına səbəb olan “Ever Given” karqo gəmisində yüklərin boşaldılmasına başlanılıb.

AZƏRTAC “Əhram” qəzetinə istinadla xəbər verir ki, nəhəng – 400 metr uzunluğu və 59 metr eni olan bu yük gəmisində Çindən Niderlanda göndərilən 224 min ton quru yük var. Yükün boşaldılması müddətində Süveyş kanalı gəmi və neft tankerlərinin hərəkəti üçün bağlı olacaq.

Süveyş kanalının bağlanması Misirin Port-Səid limanında da gərginlik yaradıb. Aralıq dənizindən Qırmızı dənizə yük daşıyan gəmilərin 151 kilometr məsafədə tıxac yaratdıqları bildirilir. Kanalda problem yaradan gəmidən yüklərin boşaldılması Misir ərazisində qum fırtınası səbəbindən ləngiyir və rəsmilər bu prosesin bir neçə gün davam edəcəyini qeyd ediblər.

Süveyş kanalının bağlanması nəticəsində qlobal neft bazarında qiymətlər 5 faizə yaxın bahalaşıb. CNN telekanalı məlumat verib ki, kanalda artıq 100-dən çox gəmi və tanker keçid üçün növbə gözləyir. Süveyş kanalı Avropa ilə Asiya arasında yüklərin tez çatdırılmasını təmin edən ən əlverişli marşrutdur və qlobal ticarətin 12 faizi onun vasitəsilə həyata keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır