Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Süveyş kanalının bağlanması neft qiymətlərini artırıb

Süveyş kanalında irihəcmli yük gəmisinin nasazlığı səbəbindən yaranmış sıxlıq qlobal enerji təchizatında problem yaradıb. 

AZƏRTAC xəbər verir ki, Misirin nəzarətində olan kanal tezliklə açılsa da, tankerlərin hərəkəti bərpa olunmayıb. Avropa və ABŞ-ın neft tədarükçüləri Yaxın Şərqin ən mühüm marşrutu olan bu kanalın bağlanmasından sonra Şimal dənizindən Asiyaya xam neft göndərilməsini təxirə salıblar. Bunun nəticəsində dünya bazarında neftin qiymətlərində artım müşahidə olunub. “Banchero Costa” gəmiçilik korporasiyasının başçısı Ralf Lezçinski bildirib ki, Avropa ixracatçıları dünyada ən çox sıxlıq olan Süveyş kanalına alternativ marşrutlar axtarmaq məcburiyyətində qalıblar. O, neftə tələbatın artdığı bir vaxtda tankerlərin ABŞ körfəzi, Şimal dənizi, Rusiya və Qərbi Afrikaya təhlükəsiz göndərilməsi üçün bunun vacib olduğunu əlavə edib.

Hazırda Süveyş kanalında Aralıq və Qırmızı dənizlər arasında üzən 100-dən artıq yük gəmisi və tanker hərəkətsiz dayanıb. Kanal vasitəsilə gündəlik 1 milyon barrel xam neft nəql edilirdi. 2020-ci ildə Misirin Süveyş kanalı üzrə tranzit gəlirləri 5,61 milyard dollar azalıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır