Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

Yeni bioyanacaq sınaqdan keçirilib

“United European Car Carriers” (UECC) şirkəti gəmilər üçün yeni bioyanacağı sınaqdan keçirib.

“Seanews.az” xəbər verir ki, yeni bioyanacaq “Autosky” adlı avtomobil daşıyan gəmidə sınaqdan keçirilib.

Sınaq eksperimentinə ötən ilin mart ayında başlanmışdı. Gəminin mühərriki köhnə yanacaqdan tam təmizlənəndən sonra yeni bioyanacaqla əvəz edilmişdi. “GoodFuels” şirkətinin istehsal etdiyi yeni yanacaq qida və bitki yağı tullantılarından hazırlanıb.

Sınaq zamanı 6 min ton bioyanacaq istifadə edilib. Nəticədə CO2 tullantılarının miqdarı 2019-cu il ilə müqayisədə 60% azalıb.

“UECC” şirkəti özünün daha 3 gəmisində sözügedən bioyanacağı istifadə etməyi planlaşdırır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır