Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

“HMM” şirkəti yeni konteyner gəmisini istismara qəbul edib

“HMM” şirkəti tutumu 16 min TEU olan yeni “HMM Nuri” adlı konteyner gəmisini istismara qəbul edib.

“Seanews.az” xəbər verir ki, LNG ilə çalışan yeni üzən vasitə Koreyanın “Hyundai Heavy İndustries” gəmiqayırma zavodunda inşa edilib.

Uzunluğu 366, eni isə 51 metr olan gəmi bir sıra müasir ekoloji avadanlıqlarla təchiz edilib. Üzən vasitədə gövdənin təmizlənməsi üçün nəzərdə tutulmuş sualtı robot quraşdırılıb. Bundan əlavə, gəmidə mövcud olan “Alternative Marine Power” qurğusu limanlarda sahil elektrik enerjisindən istifadəyə imkan verir. Gəminin fırtınalı hava şəraitində təhlükəsiz üzməsi üçün də müvafiq qurğular quraşdırlıb.

“HMM Nuri” konteyner gəmisi Uzaq Şərq – Avropa marşrutu üzrə istismar ediləcək. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır