Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Sakit Okeanda yeni mərkəz limanları yaradılacaq 

Sakit okean bölgəsində, dənizçilərin heyət dəyişikliyi və vətənə qayıtması üçün mərkəz limanları yaradılması planlaşdırılır.

“Seanews.az” xəbər verir ki, bu fikir Beynəlxalq Dəniz Təşkilatının (IMO) dəyirmi masası zamanı gəmiçilik ictimaiyyəti tərəfindən nəzərdən keçirilib.

Bu konsepsiya dənizçilərin eyni limanda koronavirusa qarşı test edilməsi, karantin, heyət dəyişikliyi, evə qayıtması kimi bir sıra prosedurları özündə cəmləşdirəcək.

Sözügedən limanların ilkin olaraq Sakit Okean bölgələrində - Ficidə, Yeni Zelandiyada və Brisbendə təsis edilməsi planlaşdırılır.

Bu limanların yaradılması karantin müəssisələrinin əvvəlcədən bron edilməsi, testlər üçün avadanlıq daxil olmaqla tibbi vasitələrin çatışmazlığı problemi və yüksək növbə xərcləri ilə bağlı məsələləri həll edə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır