Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Balıqçı gəmisində yanğın baş verib

Yapon dənizində Rusiyaya məxsus “Vitim” adlı balıqçı gəmisində yanğın qeydə alınıb.

“Seanews.az” xəbər verir ki, yanğın Askold adasından 12 mil aralıda baş verib.

Gəmi heyəti yanğının qarşısını almağa çalışsa da, güclü tüstülənmə buna imkan verməyib. Gəminin kapitanı heyətin təhlükəsizliyini nəzərə alaraq gəmini tərk etmək göstərişi verib. Gəmidə olan 30 nəfər Vladivostoka təxliyə edilib.

Hadisə yerinə gələn xilasedicilərin köməyilə yanğın söndürülüb. Balıqçı gəmisi yaxınlıqdakı körpüyə yedəyə alınıb.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır