Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

“Stena Bulk” şirkəti yeni quru yük gəmisinin layihəsini təqdim edib

“Stena Bulk” şirkəti  hibrid quru yük gəmisinin layihəsini təqdim edib.

“Seanews.az” xəbər verir ki, “İnfinityMAX” adlı yeni gəmi elektriklə hərəkət edəcək.  Yeni tip üzən vasitə tam heyətlə və ya avtonom şəkildə hərəkət edə biləcək. 

Modul bölmələrdən ibarət  gəmi həm quru, həm də maye yüklər daşıya biləcək.

Gəmi ən müasir avadanlıqlarla yanaşı, günəş batareyaları ilə də təchiz ediləcək. Bundan əlavə, gəmidə hidrogen yanacağı ilə çalışan mühərrik də mövcud olacaq. Gəmidə quraşdırılacaq qatlanan “qanadlar” onun daha təhlükəsiz və effektiv istismarına imkan verəcək.

Gəminin 2030-2035-ci illərdə istismara verilməsi planlaşdırılır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır