Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Dünyanın ilk gəmi tunelinin inşasına başlanıb

Norveç dünyada ilk dəfə olaraq iri gəmilər üçün dəniz tunelinin inşasına başlanıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Norveç Sahil İdarəsi məlumat yayıb.

 Stad yarmadasında çəkiləcək tunelin uzunluğu 1,7 km, eni isə 36 metr olacaq. Tunel Stad yarımadasını dolanmaq məcburiyyətində qalan gəmiləri bu çətinlikdən qurtaracaq.

Stad yarımadasındakı tunel 16 min ton çəkisi olan yük və sərnişin gəmilərini, o cümlədən Norveçin məhşur olan Bergen-Kirkenes ekspress gəmisini buraxmaq qabiliyyətinə malik olacaq.

Tunelin tavanı ilə suyun səthi arasında məsafənin 49 metr olacağı planlaşdırılır. İlk əvvəl tuneldən sərnişin gəmilərinin keçməsi nəzərdə tutulub.

Tunelin tikinti layihəsinin dəyəri 2,3 milyard Norveç kronu (272 milyon dollar) təşkil edir. Tunelin tikintisinə 2025-2026-cı ilədək başa çatması gözlənilir.

Layihə müəlliflərinin məlumatına görə, mühəndislər təqribən 8 milyon ton qayalığı dağıtmalıdırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır