Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

İndoneziyada limana yenicə yan alan sərnişin gəmisində yanğın olub - FOTOLAR

İndoneziyanın Qərbi Papua əyalətində yerləşən Sorong Limanında “Fajar Baru 8” adlı sərnişin gəmisində yanğın baş verib.

“Seanews.az” xəbər verir ki, hadisə gəmi limana yan aldıqdan yarım saat sonra olub. Anidən başlayan yanğın qısa müddətdə bütün gəmini əhatə edib.

Sərnişinlər və heyət üzvləri təhlükəsiz vəziyyətdə gəmidən təxliyə olunublar.

Hələlik yanğının baş vermə səbəbi bilinmir, hazırda bu istiqamətdə araşdırma aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır