Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Yanan gəmidən 4 ədəd pişik xilas edilib

Tay hərbi dəniz qüvvələri yanan gəmidən dörd ədəd pişik xilas edib.

“Seanews.az” xəbər verir ki, hadisə Andaman dənizində baş verib.

Hərbi dəniz qüvvələrinin matrosu xüsusi təyinatlı qapalı qayıqda yanan gəmiyə sarı üzərək gəmiyə daxil olmağa nail olub.

Məlumata görə, yanğın zamanı canlılar xəsarət almayıb. Hazırda baytarlar onların qayğısına qalır.

Martın 2-də “KOH Adang” adasından 13 kilometr aralıda “Phamonsin Nava 10” adlı balıqçı gəmisində yanğın baş verib.

Səkkiz nəfərdən ibarət heyət üzvləri yaxınlıqda olan digər balıqçı gəmisi tərəfindən yanan gəmidən təxliyə edilib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır