

Yeni Zelandiya sahillərində 50-ya yaxın delfin sahilə çıxıb
Yeni Zelandiya sahillərində 50-ya yaxın delfin sahilə çıxıb. Xilasedicilər hadisə yerinə gələnədək canlıların 9-u ölüb.
“Seanews.az” xəbər verir ki, hazırda digər delfinlərin xilasedilməsi üzrə iş aparılır. Onların ümumi vəziyyətinin normal olduğu bildirilir.
Sözügedən ərazidə analoji hadisə bir neçə il bundan əvvəl də baş vermişdi. Sahilə çıxmış 700 delfinin cəmi 450-sini dənizə qaytarmaq mümkün olmuşdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır