Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“Transmaşholdinq” “Rolls-Royce Group” şirkətinin zavodunu alır

“Transmaşholdinq” şirkətinin beynəlxalq bölməsi “TMH International” İngiltərənin “Rolls-Royce Group” şirkəti ilə Bergen (Norveç) şəhərindəki dizel və qaz mühərriklər zavodunun alınması barədə razılığa gəlib.

“Seanews.az” xəbər verir ki, “Bergen Engines” zavodu 150 milyon avro dəyərində qiymətləndirilib.

Zavodun Norveçdə metal emalı və montaj qurğuları, metal tökmə emalatxanası, təmir sexi və dizayn bürosu və 7 ölkədə fəaliyyət göstərən xidmət mərkəzləri şəbəkəsi var.

1946-cı ildə fəaliyyətə başlayan “Bergen Engines” zavodu sifarişçilərini 7000-dən çox mühərriklə təchiz edib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır