Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Çinin 2 gəmisi mübahisəli Senkaku adaları ətrafındakı sulara daxil olub

Fevralın 6-da Çinin dəniz polisinə aid olan 2 patrul gəmisi mübahisəli Senkaku (Çin adı Dyaoyuydao) adaları ətrafındakı sulara daxil olub. Yerli vaxtla səhər saat 4:45-də əraziyə gələn gəmilər saat 13:15-dək bu sularda qalıb.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu, fevralın 1-də Çinin patrul gəmilərinə atəş açmaq səlahiyyəti verən qanunun qüvvəyə minməsindən sonra baş verən ilk belə haldır. Bildirilir ki, hadisə vaxtı ərazidə yapon balıqçı qayıqları olub və Çin gəmiləri onlara yaxınlaşmaq istəyib. Lakin yaxınlıqda Yaponiya Sahil Mühafizəsi Xidmətinin katerlərinin olması onları bu niyyətlərindən çəkindirib. Yaponiya gəmiləri səsgücləndiricilər vasitəsilə Çin gəmilərindən ərazini tərk etmələrini tələb edib.

Qeyd edək ki, Çin hazırda Yaponiyanın nəzarətində olan bu adaların qeyri-qanuni işğal edildiyini bildirərək onların qaytarılmasını tələb edir. Adalar ətrafında mübahisə 2012-ci ildə, Tokio bu adaları fərdi mülkiyyətçidən aldıqdan sonra gərginləşib. Yaponiya həmin adaları ölkənin ayrılmaz tərkib hissəsi hesab etsə də, Çin və Tayvan da adalara iddialıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır